Bu ölkədə əcnəbilərə "Qızıl viza" VERİLƏCƏK
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzaladığı fərmana əsasən, bəzi vətəndaşlar "Qızıl viza" ala biləcəklər.
Ajans.az xəbər verir ki, bu statusu əldə edən əcnəbilər dövlət xidmətlərindən istifadə baxımından vətəndaşlarla eyni hüquqlara malik olacaq, eyni zamanda bəzi vergi və öhdəliklərdən azad ediləcəklər.
Yeni qaydalar çərçivəsində müraciət prosesi də sadələşdiriləcək. Belə ki, bütün ərizələrin vahid sistem üzərindən "bir pəncərə" prinsipi ilə qəbul olunması planlaşdırılır. Məqsəd ölkəyə xarici sərmayə və yüksək ixtisaslı mütəxəssislərin cəlbini artırmaqdır.
Mövzular: