Gənc idmançılarımız dünya çempionu oldu
24–26 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində Şotokan karate üslubu üzrə 16-cı WSF Dünya çempionatı keçirilib.
Ajans.az xəbər verir ki, Azərbaycanı bu çempionatda təmsil edən Sumqayıt şəhər 24 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Nuray İbadova, Fatimə Salahlı, Murad Hacızadə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib və dünya çempionu adını qazanıb.
Nuray İbadova “FHN İdman Sağlamlıq Mərkəzi”nin nəzdində fəaliyyət göstərən karate klubunun və baş məşqçi Murad Hacızadənin yetirməsidir.
Mövzular: