Reklam resmi
Reklam resmi

İran satılmamış nefti çənlərdə saxlayır

İran satılmamış nefti çənlərdə saxlayır
Dünya

İran hazırda satılmamış böyük həcmdə neft ehtiyatını saxlamaq üçün əvvəllər istismardan çıxarılmış çənlərdən və müvəqqəti anbarlardan istifadə edir.

Ajans.az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki,ehran istehsalın dayanmasının qarşısını almaq və neft yataqlarının uzunmüddətli zədələnməsini önləmək üçün müxtəlif saxlama üsullarına keçib. Bu çərçivədə cənubdakı neft hasilatı mərkəzlərində həm köhnə çənlər, həm də konteynerlər yenidən istifadəyə verilib.

Qəzet yazır ki, İran eyni zamanda ixrac məhdudiyyətləri və dəniz blokadası fonunda nefti alternativ yollarla, o cümlədən dəmir yolu vasitəsilə Çinə göndərmək imkanlarını da araşdırır.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran neft

Digər Xəbərlər