Reklam resmi
Reklam resmi

Türkiyədə tanınmış aktyor VƏFAT ETDİ

Türkiyədə tanınmış aktyor VƏFAT ETDİ
Dünya

Türk teatrı və operasının tanınmış adlarından olan Ferdi Atuner 82 yaşında həyatını itirib.

Ajans.az "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, bu barədə aktyorun ailəsi məlumat verib.

Məlumata görə, uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan Atuner infarkt keçirib və vəfat edib.

Yaradıcılığı boyunca bir çox mühüm layihələrdə yer alan Ferdi Atuner xüsusilə Levent Kırca ilə birlikdə iştirak etdiyi "Olacak o kadar" serialı ilə geniş izləyici auditoriyası qazanıb.

Eyni zamanda İstanbul Dövlət Opera və Balet Teatrının sənətçisi olan Atuner aktyorluq karyerasında böyük iz qoyub. Məşhur "Çocuklar duymasın", "Reytinq Hamdi", "En son babalar duyar", "Ayrılsak da beraberiz", "Bez bebek" və "Çılğın Bediş" kimi seriallarda rol alan sənətçi səsləndirmə işləri ilə də yadda qalıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ferdi Atuner Türkiyə

Digər Xəbərlər