Reklam resmi
Reklam resmi

SEPAH Hörmüz boğazında üç gəmini ƏLƏ KEÇİRİDİ

SEPAH Hörmüz boğazında üç gəmini ƏLƏ KEÇİRİDİ
Dünya

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionun mühüm strateji sularında hərəkət edən üç kommersiya gəmisini saxlayıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, SEPAH-a tabe olan hərbi dəniz qüvvələri boğazdan keçmək istəyən Avropanın nəhəng logistika şirkəti MSC-nin iki gəmisinə - "MSC Francesca" və "MSC Epaminondas"a müdaxilə edərək onları dayandırıb.

Bununla yanaşı, İran sahillərinə yaxın ərazidə Yunanıstan müəssisəsinə aid olan "Euphoria" adlı üçüncü gəminin də ələ keçirildiyi bildirilir. Hazırda hər üç gəmi İranın nəzarətində qalmaqdadır. Rəsmi Tehran bu addımını Avropa gəmiçilik şirkətləri insidentin detallarını araşdırdığı müddətdə dəniz naviqasiyasının təhlükəsizliyini qorumaq və ərazi qaydalarına riayət olunmasını təmin etmək məqsədilə əlaqələndirir.

author picture
Leyla Bayandurlu
Mövzular:
SEPAH Hörmüz boğazı

Digər Xəbərlər