Reklam resmi
Reklam resmi

Məşhur aparıcıda xərçəng AŞKARLANDI

Məşhur aparıcıda xərçəng AŞKARLANDI
Dünya

ABŞ-nin televiziya və radio aparıcısı Ceymi Edmonds ona döş xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.

Ajans.az New York Post qəzetinə istinadən xəbər verir ki, aparıcı 2025-ci ilin yayında mammoqrafiya müayinəsindən keçsə də, həmin vaxt heç bir şiş aşkarlanmayıb. Lakin altı ay sonra səhhətində problem hiss etdiyindən yenidən həkimə müraciət edib.

“Biopsiya nəticələriniz gəldi. Döş xərçəngi üçün müsbət nəticə verdiniz” – deyə Edmonds həyatını dəyişən telefon zəngini xatırladıb. O, bu xəbəri “bağırsağa vurulan yumruq” kimi təsvir edərək ilk anda böyük sarsıntı keçirdiyini bildirib.

Aparıcının sözlərinə görə, diaqnozdan sonra çətin bir dövr başlayıb. Bununla belə, o, artıq altı kurs kimyaterapiya keçdiyini və sağalacağına inandığını vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Ceymi Edmonds

Digər Xəbərlər