Tramp Apple-ın rəhbərini TƏHQİR ETDİ
ABŞ prezidenti Donald Tramp sosial şəbəkə Truth Social-da Apple şirkətinin baş direktoru Tim Kukla bağlı diqqətçəkən açıqlamalar verib.
Ajans.az xəbər verir ki, Tim Kuk onunla prezidentliyinin ilk dövründə “ciddi bir problem” barədə danışmaq üçün əlaqə saxlayıb və bu zəng onların münasibətlərinin başlanğıcı olub.
"Öz-özümə dedim ki, 'Vay, Tim zəng edir - bu, bir şey deməkdir!' Apple şirkətinin baş direktorunun mənim arxamı öpmək üçün zəng etməsi məni çox təsirləndirdi"-prezident yazıb.
Buna baxmayaraq, Tramp Tim Cook-u “möhtəşəm menecer və lider” adlandıraraq, onun rəhbərliyi altında Apple-ın böyük uğurlar əldə etdiyini bildirib.
Mövzular: