Hörmüzdən ilk sərnişin gəmisi keçdi
"Celestyal Discovery" kruiz layneri marşrutunu dəyişərək, Xasab limanına planlaşdırılan giriş əvəzinə Hörmüz boğazını keçib.
Ajans.az xəbər verir ki, bu, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra boğazdan keçən ilk sərnişin gəmisi olub.
Gəmi Bakı vaxtı ilə saat 18:55-də boğazı keçib. Saat 19:30-da layner cənub istiqamətində hərəkətini davam etdirib. Marşrut sənədlərində təyinat limanı kimi artıq Maskat limanı göstərilib.
Mövzular: