Ana səhifə / Dünya / Tramp Hörmüz boğazının açılmasına görə İrana təşəkkür edib Tramp Hörmüz boğazının açılmasına görə İrana təşəkkür edib Dünya 17-04-2026 - 21:39 ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yenidən açılması ilə bağlı İrana təşəkkür edib. Ajans.az xəbər verir ki, bu barədə özünün Truth Social sosial şəbəkəsində paylaşım edib. “İran Hörmüz boğazının tamamilə açıq olduğunu və sərbəst keçid üçün hazır olduğunu elan etdi. Təşəkkür edirəm!”, – deyə paylaşımda qeyd olunub. Leyla Bayandurlu