Reklam resmi
Reklam resmi

Bu ölkədə 650-dən çox reys LƏĞV EDİLİB

Bu ölkədə 650-dən çox reys LƏĞV EDİLİB
Dünya

Almaniyanın ən böyük hava yolu şirkəti olan "Lufthansa"da son onilliyin ən irimiqyaslı tətili baş tutub. Nəticədə, aprelin 16-da 656 aviareys təxirə salınıb.

Ajans.az xəbər verir ki, aviaşirkətinin əməkdaşlarının aksiyası artıq dördüncü gündür davam edir. Bazar ertəsi və çərşənbə axşamı pilotların başlatdığı tətilə çərşənbə və cümə axşamı günlərində stüardessalar da qoşulublar. İlkin olaraq pilotların aksiyanı çərşənbə günü yekunlaşdıracağı gözlənilirdi, lakin rəhbərlik və həmkarlar ittifaqı arasındakı danışıqların nəticəsiz qalması səbəbindən tətil aprelin 17-nə kimi uzadılıb.

Yalnız şirkətin əsas qovşağı sayılan Frankfurt hava limanında nəzərdə tutulmuş 1 300 reysdən 656-sı həyata keçirilməyib. Qrupa daxil olan bəzi alt şirkətlərdə isə uçuşların 70 faizə qədəri ləğv edilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Təyyarə Almaniya

Digər Xəbərlər