Bu ölkə Ukraynaya 1 milyard dollar AYIRDI
Ukrayna G7-nin "Extraordinary Revenue Acceleration for Ukraine" (ERA) təşəbbüsü çərçivəsində Böyük Britaniyadan 1 milyard ABŞ dolları həcmində sonuncu tranşı alıb.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin məlumatında deyilir.
"Təqdim edilən maliyyələşmə təhlükəsizlik və müdafiə sektorunun prioritet ehtiyaclarının təmin edilməsinə yönəldiləcək", – qurumun rəhbəri Sergey Marçenko vurğulayıb.
Mövzular: