Reklam resmi
Reklam resmi

Futbol hakimi oyun zamanı güllələndi

Futbol hakimi oyun zamanı güllələndi
İdman

Futbol hakimi Xavyer Orteqa Ekvadorda həvəskar komandaların matçı zamanı güllələnib.

Ajans.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat verib.

Mənbələrin məlumatına görə, bir neçə silahlı şəxs oyun zamanı hakimə yaxınlaşaraq atəş açıb. Hücumdan sonra cinayətkarlar hadisə yerindən qaçıblar. 48 yaşlı Orteqa meydanda ölüb.

Matç dərhal dayandırılıb, oyunçular və azarkeşlər ərazini tərk ediblər. Qeyd olunur ki, yarışın təşkilatçıları baş vermiş hadisənin bütün halları aydınlaşana qədər matçların keçirilməsini dayandırıblar.

Mövzular:
Xavyer Orteqa Ekvador hakim

Digər Xəbərlər