Ermənistanda tanınmış iş adamı Rusiya vətəndaşlığından İMTİNA ETDİ
Erməniəsilli rusiyalı sahibkar, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan məhkəmə iclasında Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başladığını bəyan edib.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Karapetyan bildirib ki, o, Ermənistan vətəndaşıdır və qarşıdan gələn parlament seçkisində qalib gəlməyi planlaşdırır.
"Partiya lideri olduğum üçün seçkidə iştirak edəcəyəm və qələbəmə əmin olduğum üçün bu pasportlardan imtina prosesinə başlamışam", - deyə o bildirib.
Mövzular: