Reklam resmi
Reklam resmi

Məşhur saytda müştəri məlumatları SIZDIRILIB

Məşhur saytda müştəri məlumatları SIZDIRILIB
Dünya

Yaşayış yerlərinin bronlaşdırılması xidməti Booking.com istifadəçi məlumatlarının sızmasını təsdiqləyib.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, naməlum üçüncü tərəflər sifariş məlumatlarına icazəsiz giriş əldə ediblər.

Məlumata əsasən, hakerlər müştərilərin adlarını, elektron poçt və fiziki ünvanlarını, telefon nömrələrini, eləcə də istifadəçilərin yerləşdirmə obyektlərinə təqdim etdikləri digər məlumatları görə biliblər. Artıq bəzi istifadəçilərə bununla bağlı xəbərdarlıq e-poçtları göndərilib.

Şirkət bildirib ki, vəziyyət nəzarət altındadır və təsirlənən bütün istifadəçilər məlumatlandırılır. Bununla belə, insidentin dəqiq başvermə tarixi və neçə nəfərin təsirləndiyi açıqlanmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Booking.com sayt

Digər Xəbərlər