Lavrov Çinə SƏFƏR EDƏCƏK
Rusiya xarici işlər naziri Sergey Lavrov 14–15 apreldə Çinə rəsmi səfər edəcək.Səfər çərçivəsində onun Çin xarici işlər naziri Vanq Yi ilə görüşü nəzərdə tutulur.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasının rəsmi açıqlamasında bildirilib.
Tərəflər danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin BMT, BRİKS, ŞƏT, G20 və APEC kimi beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti müzakirə edəcəklər.
Bundan əlavə, görüşdə Ukrayna münaqişəsinin nizamlanması və Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılacağı gözlənilir.
Mövzular: