Reklam resmi
Reklam resmi

Bu ölkə Windows-dan İMTİNA EDİR

Bu ölkə Windows-dan İMTİNA EDİR
Dünya

Fransa Avropa Birliyi xaricindəki texnologiyalardan asılılığı azaltmaq üçün mühüm addım atmağa hazırlaşır. Ölkə hakimiyyəti Windows və digər qeyri-AB texnologiyalarından mərhələli şəkildə imtina etməyi planlaşdırır.

Ajans.az xəbər verir ki, bu barədə hökumətin rəqəmsal strategiya portalında məlumat verilib.

Məlumata görə, qərar Fransanın idarələrarası rəqəmsal bölməsi (DINUM) tərəfindən qəbul olunub. Qurum iş proseslərində dəyişikliklər çərçivəsində Windows əməliyyat sistemindən açıq mənbəli Linux platformasına keçidi elan edib.

Bildirilir ki, bu addım Fransanın rəqəmsal suverenliyini gücləndirməyə və xarici texnologiyalardan asılılığı azaltmağa xidmət edəcək. Keçidin bu ilin payızında başlanması planlaşdırılır.

Hazırlıq mərhələsində dövlət qurumlarında istifadə olunacaq iş stansiyaları, əməkdaşlıq alətləri, antivirus proqramları, süni intellekt həlləri və verilənlər bazası sistemləri seçiləcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa Windows

Digər Xəbərlər