Vans İranı ABŞ ilə oyun oynamamağa ÇAĞIRIB
ABŞ-nin vitse-prezidenti J.D. Vans İslamabadda keçirilən danışıqlar zamanı İran nümayəndə heyətini ABŞ ilə “oyun oynamamağa” çağırıb.
Ajans.az xəbər verir ki,onun sözləri Reuters agentliyi tərəfindən yayımlanıb.
Vans bildirib ki, “əgər onlar bizimlə oyun oynamağa çalışsalar, danışıqlar qrupunun o qədər də dözümlü olmayacağını görəcəklər”.
O, həmçinin qeyd edib ki, İran nümayəndə heyəti “xoş niyyətlə davranarsa”, Vaşinqton Tehrana dialoq üçün “əl uzatmağa” hazırdır.
ABŞ vitse-prezidenti daha əvvəl İranla aparılacaq danışıqlarda müsbət nəticə əldə olunacağına ümid etdiyini də vurğulamışdı.
Mövzular: