Reklam resmi
Reklam resmi

Co Baydenin oğlu milyonlarla dollarlıq borclar fonunda ölkədən GETDİ

Co Baydenin oğlu  milyonlarla dollarlıq borclar fonunda ölkədən GETDİ
Dünya

ABŞ-ın 46-cı prezidenti Co Baydenin oğlu Hunter Baydenin təxminən 17 milyon dollar borcu olduğu halda ölkəni tərk etdiyi iddia olunur.

Ajans.az “Daily Mail”-ə istinadən xəbər verir ki, bu barədə yeni məhkəmə sənədlərində qeyd olunub.

6 apreldə vəkil Barri Koburn Vaşinqton məhkəməsinə təqdim etdiyi sənədlərdə Winston & Strawn hüquq firmasının keçmiş vəkillərinin Hunter Baydendən göstərilən hüquqi xidmətlərə görə ödəniş tələb etdiyini bildirib. Sənədlərdə onun ölkədən kənarda yaşadığı qeyd olunur və vəkil onun hətta cari hüquqi xərcləri belə ödəməkdə çətinlik çəkdiyini vurğulayıb.

Məlumata əsasən, həmin hüquq firması daha əvvəl Hunter Baydeni vergi pozuntuları və qanunsuz silah saxlama ilə bağlı işlərdə müdafiə edib. Lakin onun 50 min dollardan çox borcunu ödəmədiyi bildirilir.

Hunter Bayden isə ötən il verdiyi podkast açıqlamasında əsasən hüquqi xərclər səbəbindən 17 milyon dollar borc topladığını etiraf edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Co Bayden ABŞ

Digər Xəbərlər