Reklam resmi
Reklam resmi

Tanınmış aparıcı QARƏT OLUNUB

Tanınmış aparıcı QARƏT OLUNUB
Dünya

Britaniyalı televiziya aparıcısı Angela Rippon Avropa paytaxtında iki dəfə qarətə məruz qaldığını açıqlayıb.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, televiziya sahəsində fəaliyyət göstərən aparıcı hadisələrin təfərrüatlarını 5-ci Kanalda jurnalist Vanessa Feltz ilə söhbətində bölüşüb.

Ripponun sözlərinə görə, hər iki hadisə 2000-ci illərin əvvəllərində baş verib. İlk insident zamanı iki nəfər onun çantasını oğurlamağa cəhd edib. Aparıcı bildirib ki, özünü qorumaq üçün yerə əyilib və ictimai məkanda olduğu üçün kömək gələcəyini düşünüb. Lakin hücum edənlər onun baş nahiyəsinə zərbələr endirib. Bu zaman o, ciddi xəsarət almaq riskini nəzərə alaraq müqavimət göstərməyib və çantasını verməyə məcbur olub. Daha sonra cinayətkarları təqib etsə də, onlar qaçaraq uzaqlaşıblar.

İkinci hadisə zamanı isə naməlum şəxs Ripponu boğazından tutaraq barmaqlarını sındırmaqla hədələyib. Nəticədə aparıcı üzərində olan bütün zinət əşyalarını verməli olub. O qeyd edib ki, ən çox xalasından ad günü hədiyyəsi olaraq aldığı üzüyün itirilməsi onu sarsıdıb.

“Demək olar ki, heç bir maddi dəyəri yox idi, amma saatımı və brilyant sırğalarımı itirməkdənsə, onu itirməyim mənə daha ağır gəldi”, – deyə aparıcı bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Angela Rippon Britaniya

Digər Xəbərlər