Reklam resmi
Reklam resmi

Atəşkəs planının üç bəndi POZULUB

Atəşkəs planının üç bəndi POZULUB
Dünya

ABŞ-la gələcək sülh sazişi çərçivəsində əsas götürülən İran planının 10 bəndindən 3-ü artıq pozulub.

Ajans.az xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsində paylaşım edib.

“Pakistanın Baş naziri Şahbaz Şərif də bu öhdəliyi birbaşa vurğulayıb və bildirib ki, Livan və digər regionlarda təcili atəşkəs dərhal tətbiq olunmalıdır”, – paylaşımda qeyd olunub.

Qalibaf həmçinin bildirib ki, ABŞ Ağ Evinin bəyanatlarına baxmayaraq, Tehran tərəfindən təklif edilən plana daxil olan uranın zənginləşdirilməsi hüququndan imtina etməyib.

“Beləliklə, danışıqlar üçün əsas artıq onların başlamasından əvvəl açıq şəkildə pozulub. Bu vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar məqsədəuyğun deyil”, – Qalibaf yekunlaşdırıb.

author picture
Röyalə Xəyal
Mövzular:
ABŞ İran hücum

Digər Xəbərlər