BMT-nin üç sülhməramlısı Livanda yaralanıb
BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Əl-Edeyse sərhəd rayonundakı müşahidə postu atəşə tutulması nəticəsində üç sülhməramlı yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə UNIFIL-in mətbuat xidmətinin rəhbəri Kendis Ardel bildirib.
Onun sözlərinə görə, yaralananlar xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Ardel qeyd edib ki, komandanlıq hadisənin təfərrüatlarını, o cümlədən "mavi dəbilqəlilərin" mövqelərinə açılan atəşin mənbəyini araşdırır.
Mövzular: