Reklam resmi
Reklam resmi

Boksçu döyüşdən sonra VƏFAT ETDİ

Boksçu döyüşdən sonra VƏFAT ETDİ
Dünya

Keniyalı boksçu Ceykob Ojoko həmyerlisi Julius Okuruçi ilə keçirdiyi döyüşdən sonra 38 yaşında vəfat edib.

Ajans.az Kenyans-a istinadən xəbər verir ki,qarşılaşma martın 28-də super yüngül çəki dərəcəsində baş tutub. Ojoko bir neçə zərbə aldıqdan sonra hakim döyüşü ikinci raundda dayandırıb və Okuruçi texniki nokautla qalib elan olunub.

Boksçu rinqi tərk etsə də, daha sonra vəziyyəti qəfil pisləşib. O, xəstəxanaya yerləşdirilib və bir neçə gün sonra orada dünyasını dəyişib.

Hadisə ilə bağlı Keniya Peşəkar Boks Komissiyası araşdırmalara başlayıb və ölüm səbəblərini müəyyən etmək üçün müstəqil komitə yaradıldığını açıqlayıb.

Qeyd olunur ki, Ojoko peşəkar karyerasında ilk döyüşünə çıxıb və qarşılaşmadan cəmi iki gün əvvəl rinqə çıxmağa razılıq verib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ceykob Ojoko Keniya

Digər Xəbərlər