Reklam resmi
Reklam resmi

Bu hava limanı 7 dəfə HÜCUM OLUNDU

Bu hava limanı 7 dəfə HÜCUM OLUNDU
Dünya

Küveyt Hava Limanı müharibə başlayandan bəri artıq yeddinci dəfə zərbəyə tuş gəlib. Bu barədə Əl-Cəzirə məlumat yayıb.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, son hücum ötən həftə qeydə alınıb. Hadisə nəticəsində hava limanında yerləşən yanacaq çəni alovlanıb və yanğının söndürülməsi üçün mülki müdafiə qüvvələrinə 58 saat vaxt lazım olub.

Bildirilir ki, son iki həftə ərzində ölkədə mülki infrastruktura ciddi ziyan dəyib. Xüsusilə neft emalı zavodları, limanlar, hava limanı, duzsuzlaşdırma müəssisələri və elektrik stansiyaları hücumlar nəticəsində zədələnib.

Baş verən hadisələr fonunda Küveyt Milli Bankı təhlükəsizlik məqsədilə fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb. Bankın bu gün və sabah bağlı olacağı bildirilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Küveyt Hava Limanı İsrail

Digər Xəbərlər