Reklam resmi
Reklam resmi

Livanda BMT sülhməramlıları ÖLDÜ

Livanda BMT sülhməramlıları ÖLDÜ
Dünya

Livanın cənubunda baş verən partlayış nəticəsində BMT-nin sülhməramlı missiyasının iki əməkdaşı həlak olub. Partlayışın başvermə səbəbi açıqlanmır.

Ajans.az xəbər verir ki, bu barədə sülhməramlı missiyanın bu gün yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, hadisə Bəni Həyyan yaşayış məntəqəsi yaxınlığında baş verib. Partlayış nəticəsində sülhməramlı missiyaya məxsus nəqliyyat vasitəsi məhv olub.

Məlumata görə, bu, son 24 saat ərzində qeydə alınan ikinci belə hadisədir. Bir gün əvvəl İsraillə sərhəd yaxınlığında mərminin partlaması nəticəsində 1 sülhməramlı həyatını itirib.

Mövzular:
livan hizbullah silahlı

Digər Xəbərlər