Reklam resmi
Reklam resmi

Bu ölkədə ETİRAZLAR- Yollar BAĞLANDI

Bu ölkədə ETİRAZLAR- Yollar BAĞLANDI
Dünya
627

Fransada yük maşını sürücüləri artan yanacaq qiymətlərinə etiraz ediblər

Ajans.az xəbər verir ki, Fransada ABŞ–İsrail hücumları və İranın cavab zərbələri nəticəsində yanacaq qiymətlərinin artmasına etiraz edən yük maşını sürücüləri Lion şəhərində aksiya keçiriblər.

Milli mətbuatda yayılan məlumatlara görə, Fransanın Lion şəhərində Avropa Yol Daşımaları Təşkilatının (OTRE) çağırışı ilə yanacaq qiymətlərindəki kəskin artıma etiraz edən yük maşını sürücüləri aksiya təşkil ediblər.

Sürücülər şəhərin cənubundakı A7 avtomobil yolunda hərəkəti ləngidiblər.

OTRE-nin baş nümayəndəsi Jan-Mark Rivera dünən verdiyi açıqlamada bildirib ki, Yaxın Şərqdə baş verən gərginliyin yaratdığı yanacaq böhranı ilə bağlı Fransa hökuməti ilə aparılan danışıqlar “çıxılmaz vəziyyətdədir” və bu səbəbdən etiraz aksiyası keçiriləcək.

Hökumət, o cümlədən yol nəqliyyatı, balıqçılıq və kənd təsərrüfatı sahələrində yanacaq qiymətlərindən ən çox zərər çəkən sektorlar üçün 70 milyon avroluq yardım paketi açıqlayıb.

ABŞ–İsrail və İran arasında müharibə səbəbindən Fars körfəzinin girişində yerləşən, Yaxın Şərqdə hasil olunan neft və mayeləşdirilmiş təbii qazın (LNG) Oman dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına çatdırılmasını təmin edən Hörmüz boğazının faktiki olaraq bağlanması enerji bazarlarında böhrana səbəb olub.

Mövzular:
Avropa Yol Daşımaları Təşkilatı Fransa Yanacaq qiymətləri ABŞ–İsrail

Digər Xəbərlər