Reklam resmi
Reklam resmi

Avstraliyada qorxulu MƏNZƏRƏ: Səmanın rəngi DƏYİŞDİ

Avstraliyada qorxulu MƏNZƏRƏ: Səmanın rəngi DƏYİŞDİ
Dünya
553

Qərbi Avstraliya sahillərinə yaxınlaşan “Narelle” tropik siklonu bölgədə qeyri-adi atmosfer hadisəsinə səbəb olub.

Ajans.az xəbər verir ki, Denham yaxınlığında fırtınanın təsiri ilə səma qan qırmızısı rəngə boyanıb. Bu nadir görüntü toz, yüksək rütubət və sıx bulud örtüyünün birləşməsi nəticəsində yaranıb.

Sakinlərin sözlərinə görə, mənzərə həm təsirli, həm də qorxulu olub. Yerli əhali bu hadisəni “inanılmaz dərəcədə qorxunc” kimi qiymətləndirib.

Bildirilir ki, 5500 kilometrdən çox məsafə qət edən siklon qeyri-adi trayektoriya üzrə hərəkət etdikdən sonra zəifləyərək subtropik sistemə çevrilib.

Qeyd edək ki, qeyri-adi vizual effekt Denhamdakı istirahət parklarından birində, siklon sahilə yaxınlaşdığı vaxt qeydə alınıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Avstraliya “Narelle” tropik siklonu

Digər Xəbərlər