Reklam resmi
Reklam resmi

Avtomobil "KamAZ"a ÇIRPILDI: Sürücü ÖLDÜ

Avtomobil \"KamAZ\"a ÇIRPILDI: Sürücü ÖLDÜ
Hadisə
314

Qazax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə Qazax-Əskipara avtomobil yolunda qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü - Yuxarı Əskipara kənd sakini, 1971-ci il təvəllüdlü Məzahir İbrahimxəlilov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həlak olub.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

Mövzular:
Qəza Qazax

Digər Xəbərlər