FİFA yeni qaydaları açıqladı
FİFA futbolda bir sıra yeni qaydalar açıqlayıb.
Ajans.az xəbər verir ki, bu qaydalar 2026-cı il dünya çempionatından etibarən tətbiq ediləcək.
Yeni qaydalara əsasən:
- Əgər əvəzedici oyunçu meydanı 10 saniyə ərzində tərk etməzsə, onu əvəz edən futbolçu meydana daxil olmazdan əvvəl bir dəqiqə gözləməli olacaq. - Tibb heyəti tərəfindən müalicə olunan futbolçu bir dəqiqə ərzində meydandan kənarda qalmalı olacaq. - VAR sisteminə ikinci sarı vərəqələr və mübahisəli künc zərbələri ilə bağlı epizodları nəzərdən keçirmək səlahiyyəti veriləcək. - Oyunçular topun oyuna daxil edilməsi və ya qapıdan zərbə zamanı vaxt itirərsə, hakim beş saniyəlik geri sayım tətbiq edəcək. - Qayda pozuntusu halında top rəqib komandaya veriləcək: yan xəttdən oyuna daxil etmə və ya künc zərbəsi ilə.