Reklam resmi
Reklam resmi

Ceyranbatanda güclü YANĞIN BAŞLAYIB  

Ceyranbatanda güclü YANĞIN BAŞLAYIB  
Hadisə

Abşeron rayonunda məişət və təkər tullantıları yığılan sahədə yanğın başlayıb. 

Bu barədə Ajans.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Ceyranbatan qəsəbəsində açıq ərazidə məişət və təkər tullantıları yığılan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mövzular:
ceyranbatan yanğın ərazi fhn

Digər Xəbərlər