İsrail Livanın cənubunu bombalayıb
İsrail qırıcıları axşam saatlarında Livanın Yuxarı Nəbatiyə bölgəsini bombalayıb.
Ajans.az xəbər verir ki, bu barədə Livanın "NNA" xəbər agentliyi məlumat verib.
İsrailə məxsus pilotsuz uçuş aparatları da günortadan sonra Yuxarı Nəbatiyədəki Mənzələ bölgəsinə 4 hücum həyata keçirib.
Məlumatda İsrail hərbi qüvvələrinin Tire rayonundakı Buyut əs-Sayyad qəsəbəsinə doğru pulemyotlardan atəş açdığı da bildirilib.
Mövzular: