BYD "Prius"la toqquşdu
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, hadisə bu gün səhər saat 06:30 radələrində Zabrat qəsəbəsinin daxili küçələrindən birində qeydə alınıb.
İlkin məlumata görə, BYD markalı avtomobil "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən BYD markalı nəqliyyat vasitəsi aşıb.
Mövzular: