Valideynlərə azyaşlılarla bağlı ÇAĞIRIŞ
Yaşayış ərazisində yüksək sürət ilə hərəkətdə olan maşınlar toqquşur... Başqa bir ərazidə isə yola baxmadan velosiped idarə edən azyaşlılar qəza şəraiti yaradır...
Ajans.az xəbər verir ki, son vaxtlar yaşayış məhəllələrində avtomobillərin yüksək sürətlə idarə olunması narahatlıq doğurur. Halbuki bu ərazilərdə sürücülər daha ehtiyatlı olmalı, sürət həddinə riayət etməli və piyadalara üstünlük verməlidirlər. Lakin bəzi hallarda sürücülər nəinki sürəti azaltmır, hətta yolu keçmək istəyən piyadalara da yol vermirlər.
Digər təhlükəli məqam isə valideyn nəzarəti olmadan yola buraxılan uşaqlardır. Azyaşlılar skuter, velosiped və digər fərdi hərəkət vasitələri ilə qəfil yolun hərəkət hissəsinə çıxa bilirlər.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib. Bildirilib ki, yaşayış məhəllələrində hər an uşağın və ya piyadanın qəfil yola çıxma ehtimalı və sürət nəzərə alınmalıdır.. Yol hərəkəti qaydalarına qarşılıqlı əməl olunması mümkün faciələrin qarşısını almağın əsas şərtlərindən biridir.