Venesuelada DAHA BİR ZƏLZƏLƏ
Venesuelanın Araqua ştatının sahillərində 4.9 bal gücündə zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
Zəlzələnin episentri üç milyondan çox insanın yaşadığı Karakasdan 80 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat daxil olmayıb.
Mövzular: