Repetitor yanına getməyə EHTİYAC QALMAYACAQ
Qəbul imtahanına hazırlaşan bir şagird üçün repetitor xərcləri ay ərzində orta hesabla 300 manat, bəzi hallarda isə bundan daha yüksək məbləğə çatır.
Ajans.az xəbər verir ki, valideynlərin sözlərinə görə, xüsusilə bir neçə övladı olan ailələr üçün bu yükü qarşılamaq heç də asan deyil.
Məhz buna görə məktəbdaxili hazırlıq imkanlarının genişləndirilməsi son illər təhsil sahəsində əsas müzakirə mövzularından birinə çevrilib. Bu istiqamətdə tətbiq olunan təmayül tədris modeli layihəsinin əhatə dairəsi yeni tədris ilindən etibarən daha da genişləndiriləcək. Layihə çərçivəsində şagirdlər seçdikləri ixtisas istiqamətinə uyğun olaraq əsas fənləri daha dərindən öyrənirlər.
Mövzular: