Reklam resmi
Reklam resmi

İstanbulda qatar relsdən ÇIXDI: YARALILAR VAR

İstanbulda qatar relsdən ÇIXDI: YARALILAR VAR
Hadisə

İstanbulda Kadıköy–Sabiha Gökçən Hava Limanı metro xəttində hərəkət edən qatar Bostancı stansiyasında naməlum səbəbdən relsdən çıxıb. Hadisədən sonra sərnişinlər öz imkanları ilə qatardan düşərək tunellə hərəkət etmək məcburiyyətində qalıblar.

Ajans.az xəbər verir ki, əraziyə yanğınsöndürmə, təcili tibbi yardım və metro xidmətinin əməkdaşları cəlb olunub. Hadisə nəticəsində yaralanan 3 nəfər xəstəxanaya yerləşdirilib. 

"Metro İstanbul"dan verilən məlumata görə, texniki nasazlıq səbəbindən "M4 Kadıköy–Sabiha Gökçən" Hava Limanı metro xəttində reyslər bir müddət yalnız "Maltepe" ilə hava limanı stansiyaları arasında həyata keçirilib. 

İstanbul İl Səhiyyə İdarəsi hadisədən dərhal sonra çoxsaylı təcili yardım briqadalarının əraziyə göndərildiyini, aidiyyəti qurumlarla koordinasiyalı iş aparıldığını açıqlayıb. Hadisənin səbəbi araşdırılır.

Mələksəda Ziyad

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
qatar qəza metro

Digər Xəbərlər