Reklam resmi
Reklam resmi

"Aqrarkredit" 1,3 milyon manatlıq evi hərraca çıxarır

\"Aqrarkredit\" 1,3 milyon manatlıq evi hərraca çıxarır
İqtisadiyyat

“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı balansında olan növbəti daşınmaz əmlakı satışa çıxarır.

Ajans.az xəbər verir ki, hərrac 15 iyul tarixində keçiriləcək. Satışa çıxarılan əmlak Bakı şəhərinin Yasamal rayonunda yerləşən fərdi yaşayış evidir.

Ev Yamac küçəsi, 2-ci döngə, giriş 55 ünvanında (köhnə ünvan: Xarici Dairəvi yolu 10, Korpus C, ev 18) yerləşir.

Məlumata görə, əmlakın yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü 0,0156 hektar, yaşayış evinin sahəsi isə 242,8 kvadratmetrdir.

Daşınmaz əmlak üçün start qiyməti 1 milyon 300 min manat müəyyən olunub. Hərracda iştirak etmək istəyən şəxslər 6 min 500 manat məbləğində beh ödəməlidirlər.

Mələksəda Ziyad

Mövzular:
ev hərrac satış

Digər Xəbərlər