Reklam resmi
Reklam resmi

Banklarda ənənəvi HR modeli tarixə qovuşur?

Banklarda ənənəvi HR modeli tarixə qovuşur?
İqtisadiyyat

Mütəxəssislər hesab edirlər ki, ənənəvi HR modelini tədricən istedadların idarə edilməsi (Talent Management) yanaşması əvəz edir.

Ajans.az xəbər verir ki, məsələ ilə bağlı Rufanə Qasımova bildirib ki, bank sektorunda “HR”  İstedadların İdarə Edilməsi anlayışları arasında əsas fərq yanaşma, əhatə dairəsi  hədəflərdə özünü göstərir. 

 Onun sözlərinə görə, ənənəvi HR daha çox reaktiv  prosesyönümlü olduğu halda, İstedadların İdarə Edilməsi biznesin gələcəyinə hesablanmış proaktiv modeldir: 

Ənənəvi HR modelində əsas fokus proseslər  inzibati idarəetmədirsə, İstedadların İdarə edilməsində əməkdaşların potensialı, inkişafı  strateji rollara hazırlanması ön plana çıxır. Həmçinin ənənəvi HR şirkətdəki bütün işçilərə eyni idarəetmə alətləri ilə yanaşır, İstedadların İdarə Edilməsi isə yüksək potensiallı əməkdaşları  kritik mövqeləri hədəfləyir. Məsuliyyət baxımından fərqlər isə ənənəvi modeldə HR departamentinin üzərindədir, İstedadların İdarə Edilməsində isə bu, HR  xətt rəhbərlərinin ortaq məsuliyyətidir”. 

 Ekspert bildirib ki, bank sektorunda bu yanaşmanın güclənməsinin əsas səbəbi rəqabətin  dinamikanın artmasıdır: 

“Bank sektorunda rəqəmsallaşma  FinTech rəqabətinin olması, müştəri təcrübəsinin ön planda dayanması, rutin işlərin avtomatlaşdırılması İstedadların İdarə Edilməsi modelinin əhəmiyyətini artırır. Həmçinin sənədləşmə, kadr uçotu  digər rutin HR funksiyaları proqram təminatları tərəfindən avtomatlaşdırılır. Belə olan halda HR-ın fiziki enerjisi inzibati işlərdən azad olur  strateji insan kapitalına yönəlir. 

 Mütəxəssis hesab edir ki, hazırda banklar üçün ən effektiv yanaşma hibrid modeldir: 

“Bu gün banklar üçün hibrid, lakin ağırlıq mərkəzi Talent Management olan model daha effektivdir. Bankçılıq ciddi şəkildə tənzimlənən sahə olduğu üçün ənənəvi HR-ın gətirdiyi qanunvericilik bazası, daxili nizam-intizam  kadr kargüzarlığı funksiyaları tamamilə ləğv edilə bilməz. Lakin rəqabətdə qalib gəlmək, innovativ məhsullar yaratmaq  gələcəyin rəhbər heyətini yetişdirmək üçün mütləq Talent Management alətlərindən istifadə edilməlidir. Yəni əgər bank böyümək  bazara liderlik etmək istəyirsə, İstedadların İdarə Edilməsi modelinin olması qaçılmazdır. 

Ekspert gələcəkdə HR departamentlərinin transformasiyasının daha da sürətlənəcəyini düşünür: 

 “Tamamilə udulmadan söhbət getmir. Ancaq hesab edirəm ki, gələcəkdə HR adı altında fəaliyyət göstərən departamentlərin adı People & Culture (İnsanlar  Mədəniyyət)  ya Talent Architecture (İstedad Arxitekturası) kimi dəyişəcək. Çünki süni intellekt  avtomatlaşdırma HR-ın bütün mexaniki  inzibati yükünü üzərinə götürəcək. İnsan Resursları mütəxəssisləri isə yalnız strateji məsələlər, korporativ mədəniyyətin qurulması, işçi məmnuniyyəti, liderlərin yetişdirilməsi  istedadların inkişafı ilə məşğul olacaqlar. 

Mələksəda Ziyad

Mövzular:
HR bank

Digər Xəbərlər