Reklam resmi
Reklam resmi

Azərbaycanda ata qızını öldürən kürəkəni BAĞIŞLADI

Azərbaycanda ata qızını öldürən kürəkəni BAĞIŞLADI
Kriminal
480

Goranboyda həyat yoldaşı İ.Talıbovanın qətlində ittiham edilən 39 yaşlı M.Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb.

Ajans.az “Qafqazinfo”-ya isyinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Araşdırmalarla müəyyən edilib ki, M.Əliyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.

Belə ki, kişi arvadını digər şəxslərə, eyni zamanda öz xalası oğluna qısqanıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib, nəticədə M.Əliyev xanımını bıçaqlayaraq qətlə yetirib.

Mərhumun atası məhkəməyə sənəd təqdim edərək M.Əliyevdən şikayətçi olmadığını bildirib.

Məhkəmənin hökmü ilə M.Əliyevə 9 il həbs cəzası verilib.

Mövzular:
cinayət ölüm kriminal məhkəmə

Digər Xəbərlər