Universitet müəllimi vəfat edib - FOTO
Gəncə Dövlət Universitetinin (GDU) müəllimi Azadə Vəliyeva dünyasını dəyişib.
Ajans.az xəbər verir ki, bu barədə universitetin yaydığı məlumatda bildirilib.
Azadə Vəliyeva 22 fevral 1973-cü ildə Goranboy rayonunun Nizami kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra, 1990–1995-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə ali təhsil alıb.Müxtəlif istehsalat və xidmət sahələrində qazandığı təcrübədən sonra, 2014-cü ildən etibarən Gəncə Dövlət Universitetində çalışmağa başlayıb. Allah rəhmət eləsin.

Mövzular: