Azərbaycan BMT hesabatını 4 dəfə təqdim edən yeganə ölkə oldu
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə könüllü milli hesabatını 4 dəfə təqdim edən yeganə ölkə kimi beynəlxalq səviyyədə fərqlənib.
Ajans.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev Bakıda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Deputat qeyd edib ki, Azərbaycan 2015-ci ildə BMT Baş Assambleyasında qəbul edilən “2030-cu il üçün Dayanıqlı İnkişaf Gündəliyi”nin icrasına qoşulub.
Onun sözlərinə görə, 2016-cı ildə Prezidentin fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və bu qurum ölkə daxilində DİM-lərin həyata keçirilməsini təmin edir.
Məzahir Əfəndiyev bildirib ki, Azərbaycan 2016-cı ildən etibarən BMT-nin müvafiq qurumlarına könüllü milli hesabatlar təqdim edən ölkələrdən biridir:
“2024-cü ilin iyul ayında Nyu-Yorkda BMT-nin Mənzil-Qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan özünün 4-cü Könüllü Ölkə Hesabatını təqdim edib. Azərbaycan dünyada bu hesabatı 4 dəfə təqdim edən, eyni zamanda regionda və Qoşulmama Hərəkatı çərçivəsində bu öhdəliyi yerinə yetirən yeganə ölkədir”.
Deputat qeyd edib ki, iqlim dəyişikliklərinin mənfi təsirləri ilə mübarizə Azərbaycanın qarşısında duran əsas hədəflərdən biridir.
O bildirib ki, dövlət büdcəsinin hazırlanması prosesində DİM-lərin icrası ilə büdcə xərclərinin uyğunlaşdırılması məsələsinə də diqqət ayrılır:
“2023-cü ildən etibarən Maliyyə Nazirliyi tərəfindən büdcə layihələrində DİM-lərin icrası üçün nəzərdə tutulan xərclər daha şəffaf şəkildə planlaşdırılır. Bu, Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqliyini göstərir".
O, gələcəkdə də Azərbaycanın maliyyə siyasətində Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində fəaliyyətlərin davam etdiriləcəyini qeyd edib.
Ajans.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev Bakıda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Deputat qeyd edib ki, Azərbaycan 2015-ci ildə BMT Baş Assambleyasında qəbul edilən “2030-cu il üçün Dayanıqlı İnkişaf Gündəliyi”nin icrasına qoşulub.
Onun sözlərinə görə, 2016-cı ildə Prezidentin fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və bu qurum ölkə daxilində DİM-lərin həyata keçirilməsini təmin edir.
Məzahir Əfəndiyev bildirib ki, Azərbaycan 2016-cı ildən etibarən BMT-nin müvafiq qurumlarına könüllü milli hesabatlar təqdim edən ölkələrdən biridir:
“2024-cü ilin iyul ayında Nyu-Yorkda BMT-nin Mənzil-Qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan özünün 4-cü Könüllü Ölkə Hesabatını təqdim edib. Azərbaycan dünyada bu hesabatı 4 dəfə təqdim edən, eyni zamanda regionda və Qoşulmama Hərəkatı çərçivəsində bu öhdəliyi yerinə yetirən yeganə ölkədir”.
Deputat qeyd edib ki, iqlim dəyişikliklərinin mənfi təsirləri ilə mübarizə Azərbaycanın qarşısında duran əsas hədəflərdən biridir.
O bildirib ki, dövlət büdcəsinin hazırlanması prosesində DİM-lərin icrası ilə büdcə xərclərinin uyğunlaşdırılması məsələsinə də diqqət ayrılır:
“2023-cü ildən etibarən Maliyyə Nazirliyi tərəfindən büdcə layihələrində DİM-lərin icrası üçün nəzərdə tutulan xərclər daha şəffaf şəkildə planlaşdırılır. Bu, Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqliyini göstərir”.
O, gələcəkdə də Azərbaycanın maliyyə siyasətində Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində fəaliyyətlərin davam etdiriləcəyini qeyd edib.
Mələksəda Ziyad