Reklam resmi
Reklam resmi

Malayziyada halal iqtisadiyyat ÜDM-in 10%-ni formalaşdırır

Malayziyada halal iqtisadiyyat ÜDM-in 10%-ni formalaşdırır
İqtisadiyyat

Malayziyada halal iqtisadiyyat ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilərək ümumi daxili məhsulun (ÜDM) təxminən 10 faizini təşkil edir.

Ajans.az xəbər verir ki, bunu Bakıda keçirilən 14-cü Özəl Sektor Forumu çərçivəsində çıxış edən Malayziyanın Halal İnkişaf Korporasiyasının (HDC) baş direktorunun xüsusi müşaviri Hadi Hamzah bildirib.

Onun sözlərinə görə, Malayziyada hazırda 12 minə yaxın halal şirkət fəaliyyət göstərir və onların 200-dən çoxu fond bazarında listinqə daxil edilib:

“Hazırda halal iqtisadiyyat Malayziya ÜDM-nə təxminən 10 faiz töhfə verir. Bu, kifayət qədər yüksək və davamlı göstəricidir. Ölkədə 12 minə yaxın halal şirkət fəaliyyət göstərir və onların 200-dən çoxu fond bazarında təmsil olunur”.

Hadi Hamzah vurğulayıb ki, Malayziyanın halal sənayesində əldə etdiyi uğurun əsas səbəbi dövlət qurumları arasında koordinasiya və vahid yanaşmanın formalaşdırılmasıdır.

Onun sözlərinə görə, ölkədə halal ekosisteminin inkişafı üçün dövlət qurumları, qeyri-hökumət təşkilatları, ixracın təşviqi agentlikləri və biznes birlikləri arasında geniş əməkdaşlıq mexanizmi yaradılıb:

“Əsas dərsimiz konvergensiyadır. Yəni bütün dövlət qurumlarının, aidiyyəti təşkilatların və tərəfdaşların vahid məqsəd ətrafında birləşərək birlikdə çalışmasıdır”.

Hadi Hamzad əlavə edib ki, Malayziyada fəaliyyət göstərən halal parkları və sənaye zonaları xarici investorların da marağını cəlb edir. Bu obyektlərə yatırılan investisiyaların 20-25 faizi birbaşa xarici investisiyalar hesabına formalaşır.

O, qeyd edib ki, halal sənayesi artıq yalnız dini tələblərə cavab verən məhsullar bazarı deyil, həm də qlobal ticarət, istehsal və investisiya imkanları yaradan strateji iqtisadi sektora çevrilib.

Mələksəda Ziyad

Mövzular:
Malayziya iqtisadiyyat ÜDM

Digər Xəbərlər