Ağır QƏZA: Yaralılar var
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza zamanı “Mercedes” markalı yük maşını ilə “Chevrolet” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır. (bizim.media)
