Şəkərli qənnadı məmulatlarının istehsalı artıb
Bu ilin yanvar-aprel aylarında ölkədə 3 328,8 ton şəkərli qənnadı məmulatları istehsal olunub.
Ajans.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 12 faiz artıb.
2026-cı ilin may ayının 1-nə hazır məhsul ehtiyatı 70,2 min ton təşkil edib.
Mövzular: