Yeni TREND: Toyları yağışdan qorumaq üçün “cadugər” ÇAĞIRIRLAR
ABŞ-də bəzi gəlinlər toy günündə əlverişli hava təmin etmək üçün sosial şəbəkələr və Etsy platformasında “cadugər xidmətləri”nə müraciət edirlər.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, yüksək büdcəli toylar planlaşdıran cütlüklər 10–20 dollar qarşılığında “yaxşı hava ritualı” sifariş edərək yağışın qarşısını almağa çalışırlar. Bu xidmətlərin TikTok və digər sosial şəbəkələrdə də geniş yayıldığı bildirilir.
Toy fotoqrafları və iştirakçılar bəzi mərasimlərdə hava şəraitinin gözlənilmədən yaxşılaşdığını iddia etsələr də, bunun təsadüf olub-olmaması barədə elmi sübut yoxdur.
Ekspertlər qeyd edirlər ki, artan toy xərcləri fonunda bəzi insanlar psixoloji rahatlıq üçün qeyri-adi üsullara üz tutur.
Mövzular: