Reklam resmi
Reklam resmi

ADY mayda yükdaşımanı artırıb

ADY mayda yükdaşımanı artırıb
İqtisadiyyat

Bu ilin may ayında "Azərbaycan Dəmir Yolları" QSC 1,665 milyon ton yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

Ajans.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb

Məlumata görə, ötən ay tranzit daşımaları 700,6 min ton təşkil edərək 1 il əvvəlki göstəricisini 34 % üstələyib.

Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 48 % (398,5 min ton), Şimal-Cənub istiqaməti üzrə 26 % (55,1 min ton), Şimal-Qərb istiqaməti üzrə isə 19 % (236,5 min ton) artım qeydə alınıb.

Mövzular:
ADY yükdaşıma artım

Digər Xəbərlər