Reklam resmi
Reklam resmi

3 yaşlı uşaq 8-ci mərtəbədən YIXILIB

3 yaşlı uşaq 8-ci mərtəbədən YIXILIB
Hadisə

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Ajans.az xəbər verir ki, iyunun 7-si saat 01 radələrində 2023-cü il təvəllüdlü Məhəmməd Əsgərli yaşadığı Xocalı prospektində yerləşən 16 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılıb.

O, binanın 2-ci mərtəbəsində olan dam örtüyünün üzərinə düşüb.

Azyaşlı dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. \ Qafqazinfo

Mövzular:
Bakı azyaşlı bədbəxt hadisə

Digər Xəbərlər