Reklam resmi
Reklam resmi

Böyük Qayıdışın yaratdığı təbəssüm- VİDEO

Böyük Qayıdışın yaratdığı təbəssüm- VİDEO
Cəmiyyət

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə fləşmob keçirilib. Fləşmobda Qarabağ və Şərqi Zəngəzura geri qayıdan sakinlər iştirak ediblər.

Ajans.az xəbər verir ki, fləşmobda doğma yurdlarına qovuşan insanların daxili sevinci və ruh yüksəkliyi nümayiş olunur. Video layihənin əsas ideyası heç bir sözə ehtiyac duymadan, yalnız insan simalarındakı ifadə ilə Böyük Qayıdışın yaratdığı sevinci, saf və gözəl duyğuları çatdırmaqdır. Ağbirçək nənələrin və ağsaqqal babaların illər sonra tapdıqları hüzur, gənclərin gələcəyə olan inamı və uşaqların doğma torpaqdakı ilk qayğısız gülüşləri kadrda birləşir.

Mövzular:
Böyük Qayıdış təbəssüm

Digər Xəbərlər