Vəkillər Kollegiyasının üzvü vəfat etdi
Vəkillər Kollegiyasının üzvü Loğman Abdullayev vəfat edib.
Ajans.az xəbər verir ki, onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Mərhum uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, L.Abdullayev 10 ilə yaxın vəkillik təcrübəsinə malik idi.
Allah rəhmət eləsin!(E-huquq.az)
Mövzular: