Reklam resmi
Reklam resmi

Səhər mən duranda bu xəbər olmasın - TƏHDİD

Səhər mən duranda bu xəbər olmasın -  TƏHDİD
Cəmiyyət
404

Amnistiya aktı qərarı ləğv edilən və özünü kosmetoloq kimi təqdim edən Elnarə Rzayeva medianı təhdid edib.

Ajans.az xəbər verir ki, yanvar ayında Bakıda fəaliyyət göstərən “Dr. Elnara” MMC-nin rəhbəri Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktı tətbiq edilmişdi. Xəbər portalı olaraq bu məlumatı sosial şəbəkə hesabımızda və saytımızda paylaşmışdıq. Həmin rəsmi qərarın paylaşılmasından sonra Elnarə Rzayeva tərəfindən “Siz bu xəbəri silməsəz, sabah sizin səhifənizi şikayət edib ömürlük bağlatdıracam. Sabah mən duranda bu xəbər olmasın” məzmunlu təhdid mesajı göndərilib.

Teleqrafn əldə etdiyi xəbərə görə, Elnarə Rzayeva  Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı ilə Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət alıb, 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilib.

Prezident tərəfindən irəli sürülmüş təşəbbüs əsasında Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə 19 dekabr 2025-ci il tarixli amnistiya qərarı Elnarə Rzayevaya da şamil olunmuşdu. Lakin bir müddət sonra həmin qərarda dəyişiklik edilib və Elnarə Rzayevaya tətbiq olunan amnistiya aktı ləğv olunub.

Qeyd edək ki, ötən il Bakı və Sumqayıtda fəaliyyət göstərən “LBC” estetik kosmetoloji klinikalarının idarəçiləri Rəna Rüfət qızı SoltanovaNigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı məhkəməyə veriblər. Nərimanov Rayon Məhkəməsi onun barəsində ekspertiza təyin etmişdi.

Ajans.az olaraq hazırda kosmetoloq kimi fəaliyyət göstərən Elnarə Rzayevanın lisenziyasının olub-olmaması ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən cavabda bildirilib:

“Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə və Nazirliyin Analitik Ekspertiza Mərkəzinin qüvvədə olan lisenziyalara dair məlumat bazasında Rzayeva Elnarə Ramiz qızının “dermatologiya” ixtisası üzrə kosmetoloji tibbi fəaliyyətlə məşğul olmaq üçün nə müvafiq təhsilə, nə də fərdi sahibkar kimi həmin fəaliyyət növü üzrə lisenziyaya malik olması müəyyən edilməyib.

Ajans.az olaraq bizə qarşı təhdid mesajları göndərən bu şəxslə bağlı qanuni tədbir görülməsi üçün DİN və Baş Prokurorluğa müraciət edəcəyik.

 

Mövzular:
Elnarə Rzayeva “Dr. Elnara” MMC “LBC” estetik kosmetoloji klinikalar lisenziya Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi

Digər Xəbərlər