Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin AÇILIŞI OLUB
Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın fərdi sərgisinin açılışı olub.
Ajans.az xəbər verir ki, sərginin açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
“Yuxular teatrı” (“The Theater of Dreams”) adlı sərgidə Ronald Kompanokanın bir sıra əsərləri ilk dəfə ictimaiyyətə təqdim olunub.
Açılış mərasimindən əvvəl jurnalistlərə açıqlama verən müəllif bildirib ki, bu hadisə onun üçün böyük əhəmiyyət daşıyır.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, rəssamla artıq bir neçə ildir sərginin Azərbaycanda keçirilməsi ilə bağlı müzakirələr aparılırdı və nəhayət bu layihəni reallaşdırmaq mümkün olub.
Anar Ələkbərov, həmçinin bu cür layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Tədbir çərçivəsində Kompanokanın əsərlərindəki obrazları səciyyələndirən müxtəlif personajların iştirakı ilə bədii proqram da təqdim olunub.
Daha sonra qonaqlar “Yuxular teatrı” sərgisi ilə tanış olublar.
Sərgi 2027-ci il martın 1-dək davam edəcək.
View this post on Instagram









